Hollivud aktyoru Tom Kruz Beynəlxalq Kosmik Stansiyaya yollanacaq və filmdə çəkilmək üçün açıq kosmosa çıxacaq.
Globalinfo.az bildirir ki, bu barədə “Qafqazinfo” “The New York Post” nəşrinə istinadən xəbər verir.
Filmin rejissoru Daq Laymandır. Bildirilir ki, ekran işinin böyük hissəsi Yerdə çəkiləcək, Kruzun qəhrəmanı kosmosa “vəziyyəti xilas etmək üçün” yollanacaq.
“Universal Filmed Entertainment” şirkətinin təmsilçisi Donna Lenqli bildirib ki, Kruz Beynəlxalq Kosmik Stansiyanın hüdudlarından kənarda açıq kosmosa çıxacaq ilk mülki şəxs olacaq.














