Fikrət Quliyevə hökm oxundu

Fikrət Quliyevə hökm oxundu

Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Eks-bələdiyyə sədrinə külli miqdarda rüşvət alma, vəzifə saxtakarlığı və nüfuz alveri maddələri ilə verilmiş ittiham təsdiqini tapıb.

Hökmə əsasən, Fikrət Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Quliyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi.