Beynəlxalq Futbol Federasiyası (FIFA) Kamerun Futbol Assosiasiyasının prezidenti Samuel Etoya 6 ay müddətinə ölkəsinin kişi və qadınlardan ibarət milli komandalarının oyunlarına getməyi qadağan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı sabiq futbolçu FİFA intizam məcəlləsinin nalayiq davranış və ədalətli oyun prinsiplərinin pozulması ilə bağlı iki maddəsi ilə təqsirli bilinib.
Ona 2024-cü il sentyabrın 11-də 20 yaşadək qızlar arasında keçirilən dünya çempionatının 1/8 final mərhələsində Kamerun – Braziliya matçında aqressiv davranışına görə sanksiyalar tətbiq edilib.
Qeyd edək ki, Eto futbolçu karyeraında İspaniyanın “Real” (Madrid), “Barselona”, İtaliyanın “İnter”, İngiltərənin “Çelsi” və “Everton” kimi klublarında çıxış edib. Sabiq hücumçu Kamerun milli komandasının üzvü kimi iki dəfə Afrika Millətlər Kubokunun qalibi olub.














