upload 2023 01 02T135546Z 685883524 UP1EJ1212OT4O RTRMADP 3 SOCCER PELE WAKE pic4 zoom 1500x1500 67724

Beynəlxalq Futbol Federasiyası (FIFA) dünya çempionatının iştirakçı sayının 64 komandaya qədər artırılmasını nəzərdən keçirə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın prezidenti Canni İnfantino “Bluewin” nəşrinə açıqlamasında bildirib.

Dünya çempionatını təşkil edərkən yalnız Avropanı və Cənubi Amerikanı deyil, bütün dünyanı nəzərə almaq vacibdir. Hər bir ölkə dünya çempionatında iştirak etmək arzusunu gerçəkləşdirmək imkanına sahib olmalıdır”, — deyə o vurğulayıb. 

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatının genişləndirilməsi turnir tarixində iştirakçı sayının 32-dən 48 milli komandaya yüksəldilməsi ilə bağlı tarixi dəyişiklikdir. FIFA tərəfindən qəbul edilən bu format iştirakçı ölkələrin coğrafiyasını genişləndirib və əlavə 40 oyun artıraraq ümumi matç sayını 104-ə çatdırıb.

Xatırladaq ki, futbol üzrə dünya çempionatı iyunun 11-də ABŞ, Meksika və Kanadada başlayıb və iyulun 19-dək davam edəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: