Fidanla Lavrov Alyaska görüşünü müzakirə etdilər

Fidanla Lavrov Alyaska görüşünü müzakirə etdilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, tərəflər Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün görülən işləri, həmçinin ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin Alyaskada baş tutan görüşünün nəticələrini müzakirə ediblər.

H.Fidan Alyaskada başlayan prosesin regionda qalıcı sülhə gətirib çıxaracağına ümidini ifadə edib.

O, Tükiyənin sülh prosesinə töhfə verməyə hazır olduğunu bildirib.