Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankara hökumətinin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına yenidən ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.

Globalinfo.az xəbər verir ki, Fidan bu barədə jurnalistlərə bildirib. Qeyd edib ki, Türkiyə münaqişənin diplomatik yolla həllinə dəstəyini davam etdirir və tərəflər arasında vasitəçilik missiyasını yenidən üzərinə götürməyə hazırdır.

Onun sözlərinə görə, bu məsələ Ankara üçün əsas xarici siyasət prioritetlərindən biridir. Nazir hazırda Ukrayna Prezidenti Volodimir Zelenski və Ukraynanın xarici işlər naziri Andrey Sibiha ilə görüşlər keçirərək mümkün danışıqların gündəliyini və tərəflərin mövqelərini müzakirə edir.

Qeyd edək ki, Hakan Fidan iyunda Rusiyaya səfəri çərçivəsində Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşərək Moskvanın sülh danışıqları ilə bağlı mövqeyini müzakirə edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: