İranın yüksək vəzifəli rəsmilərindən olan Möhsün Rzayi regiondakı vəziyyətlə bağlı sərt bəyanatlar səsləndirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb. Rzayinin sözlərinə görə, əgər İrana qarşı tətbiq olunan dəniz blokadası davam etdirilərsə, Tehran münaqişənin coğrafiyasını genişləndirə bilər.
O bildirib ki, bu halda qarşıdurma Hind okeanı, Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Aralıq dənizi istiqamətlərinə yayıla bilər.
İranlı rəsmi həmçinin qeyd edib ki, sözügedən bölgələrdə yerləşən ABŞ hərbi bazalarına qarşı mümkün hücumlar Vaşinqton üçün daha böyük itkilərlə nəticələnə bilər.
Tahir Turan
Globalinfo.az