Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS Türkiyə XİN-dəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüşü müzakirə ediblər.
“Rusiya və Ukrayna arasında müharibəni bitirmək üçün atılan addımlar müzakirə edilib. Həmçini, İstanbulda baş tutan danışıqların nəticələri barədə fikir mübadiləsi aparılıb”, – deyə mənbədən bildirilib.
Aysel Əliyeva
Globalinfo.az














