ronaldo

“Əl-Nəsr” və Portuqaliya millisinin yarımmüdafiəçisi Kriştiano Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanından gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Bildirilib ki, futbolçu şəxsi təyyarə ilə təcili uçuş həyata keçirib.

Qeyd edək ki, Ronaldo nişanlısı Corcina Rodrigez və beş uşağı ilə Ər-Riyadda yaşayırdı.

Ötən həftənin sonunda Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi fonunda şəhərə dron hücumları edilib və hücumlar hazırda davam edir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: