FHN əməkdaşının güllələnmiş meyiti tapıldı – Təfərrüat

FHN əməkdaşının güllələnmiş meyiti tapıldı - Təfərrüat

“Qardaşım srağagün öz iti ilə evdən çıxıb meşəyə gedib. Dünən güllələnmiş meyitini tapdıq. Bu gün torpağa tapşırılıb. Kimin güllələdiyini bilmirik, şübhələndiyimiz adam da yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Qusarda bir neçə gündür itkin düşən və dünən meyiti tapılan Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq əməkdaşı Ramik Əhmədovun qardaşı Edik Əhmədov bildirib.

E.Əhmədov qeyd edib ki, qardaşının heç kimlə problem olmayıb:

“O, itini gəzdirməyə aparmışdı. Meşədə yerdən qazılmış, üstüqapalı ev var idi. Qardaşım orada güllələnib, amma meyiti yaxınlıqda tapılıb. İt isə sonradan özü gəlib evə. Ailə və dostları ilə münasibəti qaydasında idi”.

***11:25

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Ramik Əhmədov FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.

FHN əməkdaşının güllələnmiş meyiti tapıldı - Təfərrüat