FETÖ terror təşkilatının lideri Fətullah Gülənin vəsiyyəti üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Gülən cənazəsinin Türkiyəyə göndərilməsini və anasının yanında dəfn olunmasını istəyib.
Buna baxmayaraq, onun ABŞ-da məzar yerinin hazırlandığı bildirilir.
Qeyd edək ki, F.Gülən ötən gün ABŞ-da müalicə aldığı xəstəxanada 83 yaşında vəfat edib.
O, 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevirilişinə cəhdin əsas təşkilatçısı hesab olunur.
Zaira Akifqızı
Globalinfo.az














