“Fənər”in yeni baş məşqçisi kim olacaq?

Türkiyə Kubokunun sahibi “Fənərbağça”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Globalinfo.az xəbər verir ki, komandanı Xorxe Jesusdan sonra Vinçenso Montella çalışdıracaq.

Adana Dəmirspor”un italiyalı baş məşqçisinin “Fənər”in prezidenti Ali Koçla bir neçə gün əvvəl görüşərək hər şeyi razılaşdırdığı məlum olub.

Razılaşmanın yaxın vaxtlarda rəsmən açıqlanması gözlənilir.