“Beşiktaş” əfsanəsi ilə qalib gəldi, lider dəyişdi – VİDEO

Türkiyə Super Liqasında “Beşiktaş” öz meydanında “Başakşəhər”i 1-0 hesabı ilə məğlub edib.

Globalinfo.az xəbər verir ki, yeni baş məşqçisi, əfsanəvi kapitanı Rıza Çalımbayın liderliyində meydana çıxan “qara qartallar”ın qolunu Muleka vurub.

Turun digər matçında “Fənərbaxça” səfərdə “Adana Dəmirspor”la qolsuz heç-heçəyə razılaşıb. Bu nəticədən sonra “Fənər” yenidən liderliyə yüksəlib.