Fələstinin “Cenin briqadası”nın səhra komandiri Aysar Məhəmməd əl-Əmir İordan çayının qərbində gedən döyüşlər zamanı öldürülüb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.
Məlumata görə, Əmir uzun müddət İsrail həbsxanasında olub, az müddət öncə azad edilmişdi. Onunla yanaşı daha iki fələstinli də öldürülüb.