“Böyük Britaniya İsraillə Fələstin arasında geridönüşü olmayan sülhün əldə edilməsi üçün Fələstin dövlətini tanımaq məsələsini nəzərdən keçirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.
O qeyd edib ki, bu addım problemin iki dövlət prinsipi ilə həllinə kömək edəcək.
“Burada üzərimizə məsuliyyət düşür. Fələstin dövlətinin hansı şəkildə qurulacağı və mövcud olacağını müəyyən etməliyik”, – Kemeron bildirib.
Əliyar Xəlil
Globalinfo.az














