Silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafaya məxsus avtomobilin görüntüsü yayılıb.
Globalinfoaz xəbər verir ki, görüntülərdə avtomobilin silahdan açılan güllə səbəbindən deşildiyi, şüşəsinin qırıldığı və s. qeydə alınıb.
Videogörüntüdə həmçinin hadisənin başvermə təfərrüatı da açıqlanıb.
Videoları təqdim edirik:
Xatırladaq ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Əməliyyat olunan deputat ötən gün evə buraxılıb.
Zaira Akifqızı
Globalinfo.az














