Ordubad rayonunun Nürgüt kəndindən təxminən 2 kilometr aralıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı avtomobil dərəyə aşıb. Nəticədə, nəqliyyat vasitəsinin sahibi, 40 yaşlı Adim Yusibov dünyasını dəyişib.
Məlumata görə, mərhum üç ildir ki, Ordubad rayonunun Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı.
Hadisənin təfərrüatı barədə kənd sakini bildirib:
“Səhər tezdən otları maşına yığmağa gedib. Yəqin ki, əl əyləcini çəkməyi unudub, maşın arxaya yuvarlanıb. Həmin an o, maşının üst kuzovunda olub. Özünü yerə atmayıb. Bir qədər hərəkətdən sonra maşın aşıb. Bu zaman ayağından və başından ağır xəsarət alaraq həyatını itirib”.
Qeyd edək ki, qəzada həlak olan Adim Yusibov Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın bibisi oğludur.
***15:00
Naxçıvanda Kəlbəcər rayonu Susuzluq kənd sakini Adim Adıgözəl oğlu Yusibov yük avtomobilinin altında qalaraq həyatını itirib.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, A.Yusibov Milli Qəhrəman Hökumə Əliyevanın bibisi oğlu olub.
Qeyd edək ki, A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı. O, Hökumə Əliyeva haqqında yazılan “Səma Mələyi” kitabının müəllifi olub.
Naxçıvanda məktəb direktoru yol-nəqliyyat hadisəsində ölüb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Ordubad rayonu Nürgüt kəndində baş verib.
Səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Adim Adıgözəl oğlu Yusibov yük avtomobilinin altında qalıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı.















