“Facebook”un qurucusu Mark Zukerberq Havay adalarında nəhəng bunker tikir.
Globalinfo.az Bizim.Media-a istinadən xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Nəşrin məlumatına görə, Havayda Koolau Ranch adlı yaşayış kompleksinin tikintisi Zukerberqə təxminən 270 milyon dollara başa gələcək.
Tikilinin fövqəladə çıxışları, qida anbarları, 30-dan çox yataq otağı və 30 vanna otağı və kəndir körpüləri ilə birləşdirilən təxminən onlarla ağacdan ibarət evləri olacaq.














