“Meta” şirkətinin mətbuat katibi Endi Stoun sosial şəbəkələrdə nasazlığa səbəb olan texniki problemlərin aradan qaldırıldığını elan edib.
E.Stoun “X” səhifəsində müvafiq məzmunlu yazı dərc edib.
“Bu gün səhər saatlarında sosial şəbəkələrdə texniki problem insanların bəzi xidmətlərimizə daxil olmaqda çətinlik çəkməsi ilə nəticələndi. Problemi mümkün qədər tez həll etdik”, – şirkət nümayəndəsi vurğulayıb.
Bundan əvvəl Honq-Konq provayderi “HGC Global Communications Limited” bəyan edib ki, “Facebook” və “Instagram”dakı nasazlıq Yəmən husilərinin hərəkətləri ilə bağlıdır. Belə ki, onlar Qırmızı dənizin dibi ilə keçən 15 kabeldən dördünü zədələyib.
Provayder zədələnmiş kabellərin qlobal trafikin 25 faizini təşkil etdiyini açıqlayıb.
***
“Facebook” və “Instagram”dakı problem Qırmızı dənizdə kabellərin zədələnməsi səbəbindən baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Honq-Konq provayderi “HGC Global Communications Limited” məlumat yayıb.
Bildirilib ki, Qırmızı dənizdə kabellərə hücum Yəmənin husi quruplaşması tərəfindən törədilib.
Qeyd olunub ki, həmin kabellər qlobal trafikin 25 faizini təşkil edir.
Artıq hücumun nəticələri aradan qaldırılır.
Bəzi proqnozlara görə, kabellər yalnız səkkiz həftədən sonra tam bərpa olunacaq.
***20:2₼
“Facebook” hazırda texniki səbəblərdən əlçatan deyil. Bir neçə dəqiqədən sonra hesablarınıza yenidən daxil ola biləcəksiniz”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsinin girişində yazılıb.
“Sosial şəbəkədə texniki nasazlığın aradan qaldırılması zamanı göstərdiyiniz anlayışa görə təşəkkür edirik”, – deyə elanda qeyd olunub.
***19:47
“Facebook” və “Instagram” sosial platformalarının fəaliyyətində problem yaranıb.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri bildiriblər.
Belə ki, hazırda sosial şəbəkə hesablarına daxil olmaq mümkün deyil və avtomatik çıxış müşahidə olunur.
Problemin qlobal miqyaslı və sistemlə əlaqəli olduğu bildirilir.
Əliyar Xəlil
Globalinfo.az














