“Facebook” və “İnstagram” niyə dayanmışdı? – İki versiya

"Facebook" və "İnstagram" niyə dayanmışdı? - İki versiya

Xəbər verdiyimiz kimi Meta şirkətinə məxsus “Facebook”, İnstagram” və digər sosial platformaların fəaliyyətində problem yaranıb. Dünya üzrə istifadəçilər öz şəxsi hesablarına daxil ola bilməyiblər və avtomatik çıxışla üzləşiblər. 

Globalinfo.az xəbər verir ki, Meta şirkəti problemin nədən qaynaqlandığı haqda hələlik açıqlama verməsə də, “Facebook” sosial şəbəkəsinin girişində nasazlığın tezliklə həll olunacağı yazılıb.

Lakin problemin nədən qaynaqlandığı ilə bağlı əsas iki versiya irəli sürülür. Ən çox irəli sürülən versiya kimi serverlərdə yaranan nasazlıq göstərilir. Digər tərəfdən dünyanın bir sıra nüfuzlu media qurumları sosial platformaların çökməsinə səbəb kimi Husilərin Qırmızı dənizin altındakı üç qlobal internet və telekommunikasiya kabelini zədələməsi göstərilir.

Belə ki, “Sky News” Husilərin Qırmızı dənizin dibindəki HGC Global Communications kabellərini zədələdiyini, Avropa, Asiya və Afrika arasında əlaqəni 25 faiz kəsdiyini açıqlayıb.

Bu versiyalardan hansının özünü doğruldacağı, yaxud digər versiyaların olub-olmadığı Meta şirkətinin açıqlamasından sonra aydınlaşacaq.

Qeyd edək ki, hazırda “Facebook” və “İnstagram” sosial şəbəkələrinin fəaliyyətindəki problem aradan qaldırılıb. İstifadəçilər artıq öz hesablarına rahat daxil ola bilirlər.

Əliyar Xəlil
Globalinfo.az