NATO “Rusiya təhlükəsi” ilə bağlı öz təbliğatına inanmır.
Globalinfo.az xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çay Bouz X-də yazıb.
Onun fikrincə, alyans Rusiyanın Avropaya hücum ehtimalına ciddi inansaydı, asanlıqla vurula bilən bir yerdə, Rusiya peyklərinin tam müşahidəsi altında F35-lərdən ibarət bütün eskadrilya toplamazdı.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putin deyib ki, Qərb siyasətçiləri müharibəyə hazırlıqdan danışaraq gərginliyi artırmağa davam edirlər.
O, həmçinin vurğulayıb ki, Ukrayna məsələsinin həlli Rusiyanın əleyhdarlarının, əsasən Kiyev rejiminin və onun sponsorlarının meydanındadır.
Tahir Turan
Globalinfo.az