Fərid Şəfiyev: “Erməni radikallar bədnam terror taktikasını geri qaytarır”

Fərid Şəfiyev: "Erməni radikallar bədnam terror taktikasını geri qaytarır"

Azərbaycan diplomatik korpusuna qarşı baş verən bir neçə insidentin nəticəsi olaraq, biz görürük ki, erməni radikalları istifadə etdikləri bədnam terror taktikasını geri qaytarırlar.

Globalinfo.az bildirir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev öz “Twitter“ hesabında yazıb.

O qeyd edib ki, türk diplomatlarına qarşı 1970-80-ci illərdə və azərbaycanlı mülki vətəndaşlara qarşı 1988-94-cü illərdə törədilən bu cür terror aktları qəti şəkildə pislənmədiyi üçün erməni radikallar cəzasızlıqdan istifadə edirlər.