“Əzilmiş pomidor kimiyəm” – Cavan Zeynallı 

cavan

Xalq artisti Cavan Zeynallının sosial şəbəkələrdə yayılan görüntüləri pərəstişkarlarını narahat edib. Kadrlarda sənətçinin xeyli arıqladığı, zəif və yaşlı göründüyü müşahidə olunub. İstifadəçilər bu halı onun səhhətindəki mümkün problemlərlə əlaqələndiriblər.

Globalinfo.az məsələyə aydınlıq gətirmək üçün sənətçi ilə əlaqə saxlayıb.

Cavan Zeynallı bildirib ki, hazırda evdədir və özünü normal hiss edir:

“Necə olacam, əzilmiş pomidor kimi… İnsanlar nədənsə başqaları haqda xəstəlik xaosu yaratmağa meyillidirlər. Onlara mənim xəstə olmağım lazımdır? Hər şey qaydasındadır. “Yaxşıyam” deməliyəm ki, elə olum. Çünki insan pis bir şey deyəndə, o, gerçəyə çevrilə bilir. Hərdən pianonun qarşısına keçmək istəyirəm, lakin alınmır. İfa etmək isə ümumiyyətlə çətindir”.

@ozil.ismayilzada#maşallah🧿🧿🧿💙♥️👍🔥супер♬ Originalton – retroazerbaijanmusic

Ləman Hüseynzadə
Globalinfo.az