Eyyub Yaqubov konsertini təxirə saldı

Eyyub Yaqubov konsertini təxirə saldı
Xalq artisti Eyyub Yaqubovun Türkiyədəki zəlzələ səbəbindən Bakıdakı konserti təxirə düşüb.
Globalinfo.az “axşam.az”a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb:
“Bu çətin zamanda soydaşlarımızın acısını paylaşaraq vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Acınız acımızdır Türkiyə”.
O bildirib ki, 15-16 fevral tarixlərində Heydər Əliyev Mərkəzində planlaşdırılan konsert martın 25-i və 26-sında keçiriləcək.
Satılmış bütün biletlər mart ayı üçün etibarlıdır.