cld

ABŞ-ın dəniz piyadaları korpusu yeni serjantların təlim prosesi zamanı “Call of Duty 4: Modern Warfare” videooyunundan istifadə edir.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə “Daily Star” nəşri məlumat verib.

Oyunun modifikasiya edilmiş versiyası hərbçilərə 10-dan çox taktiki ssenari təklif edir ki, bu çərçivədə onlar yüksək stres şəraitində liderlik, kommunikasiyalar və operativ qərar qəbuletmə bacarıqlarını təkmilləşdirirlər.

Hər missiyadan əvvəl gələcək serjantlar hərəkət planı tərtib edirlər və bundan sonra sayca üstün olan “düşmən”lə qarşılaşaraq, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirirlər.

ABŞ dəniz piyadaları serjantların təlimi üçün məşhur videooyundan istifadə edirlər - FOTO-VİDEO

Komandanlıq nümayəndələrinin vurğuladığı kimi, bu layihənin əsas məqsədi real döyüş vəziyyətlərinə maksimal dərəcədə yaxın olan şəraitin yaradılmasıdır.

“Bu bacarıqlar yüksək təzyiq altında düzgün qərarlar qəbul etmək qabiliyyətinə birbaşa töhfə verir”, – deyə briqada generalı Metyu Treysi qeyd edib.

Hazırda bu təlim metodikası, həmçinin Kuantikoda serjantların hazırlıq məktəbində də tətbiq edilir.

Paylaş: