Ev sahiblərinin nəzərinə: Bunu etməyin, qanunsuz olacaq!

Ev sahiblərinin nəzərinə: Bunu etməyin, qanunsuz olacaq!

Son dövrlər mənzil sahiblərinin əlavə balkon tikməsi və ya həyət evlərində ayrıca mərtəbə inşa etməsi halları artır. Bu cür tikinti işləri qonşular arasında narazılıqlara, hüquqi mübahisələrə və bəzən də qanun pozuntularına yol açır. Həmçinin belə hallarda yerli icra orqanları müdaxilə edərək tikilini sökür və nəticədə vətəndaşın çəkdiyi xərc hədər olur.

Əlavə mərtəbə və ya balkonlar hansı hallarda tikilə bilər? Bu, qanunla necə tənzimlənir?

Globalinfo.az-a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, bu cür duruma daha çox beşmərtəbəli binalarda rast gəlinir:

“Bakının bütün rayonlarında mənzillərə müdaxilə ilə bağlı problem var. Əsasən, binanın aşağı mərtəbələrində artırmalar olur. Əvvəllər bu sahədə sui-istifadə halları olduğuna görə şərait də yaranıb. Son illər isə nəzarətin gücləndirildiyini düşünürəm. Qanunvericiliyə əsasən, vətəndaş evində hər hansı dəyişiklik etmək istəyirsə, onun layihəsini çəkməli, müvafiq qurumların razılığını almalıdır. Balkonun bağlanması, mənzil sahəsinin artırılması, fəsadda dəyişiklik, hətta mənzilin içində yerdəyişmə aparılması yalnız dövlət qurumlardan icazə əsasında icra edilir. Digər hallarda qanuni sayılmır”.

Ev sahiblərinin nəzərinə: Bunu etməyin, qanunsuz olacaq!

Elnur Azadov

Ekspert bildirib ki, fərdi evlərin həyətindəki artırmalar riskli deyil:

“Vətəndaşlar adətən evin üstünü mansard kimi edirlər. Qanunla hələ ki buna icazə var. Lakin fərdi evlərdə hasara bitişik hər hansı tikintinin aparılması qanunla yolverilməzdir. Çünki evlə hasar arasında təhlükəsizlik və yanğın qaydalarına uyğun olaraq müəyyən məsafə olmalıdır”.

Ləman Hüseynzadə
Globalinfo.az