
İmamoğlunun həbsinə etiraz edənlər nümayiş və yürüşlərə qadağa qoyulmasına baxmayaraq küçələrə axışıb.
Globalinfo.az xəbər verir ki, etirazçılarla təhlükəsizlik qüvvələri arasında ara-sıra toqquşmalar olub.
Bəzi nümayişçilərin polisə su şüşələri, odun parçaları və məşəllər atdığı görülüb.
Nümayişi dağıtmaq üçün polis bibər qazından və su şırnağında istifadə etməli olub.
Bu gecə keçirilən etiraz aksiyalarında Türkiyə daxilində 97 nəfərin saxlanıldığı açıqlanıb.
Nazir Yerliqaya sosial media hesabındakı paylaşımında deyib:
“Polis əməkdaşlarımız səbr və sağlam düşüncə ilə əziz millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edənlərə təxribatlara və vandalizmə yol vermədilər və etməyəcəklər. Çağırışları ilə küçələrdə terror törətməyə cəhd edənlər heç vaxt məqsədlərinə çatmayacaqlar.
Bu gecəki nümayişlərdə 97 nəfər şübhəli bilinərək həbs edilib. Asayişimizin, təhlükəsizliyimizin təminatçısı olan polis əməkdaşlarımız gecə-gündüz növbətçiliyindədir”.
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Özgür Özəl İstanbulda baş tutan mitinqdə 300 min nəfərin iştirak etdiyini deyib.
***20:06
Türkiyədə İstanbulun Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun saxlanılmasına etirazlar davam edir.
Globalinfo.az xəbər verir ki, Çanaqqala Bələdiyyə başçısı Məhərrəm Erkek də xalqı Çanaqqalada İskələ meydanına etiraza səsləyib.
Bildirilib ki, etiraz aksiyası bu gün Bakı saatı ilə 21:30-da kecilirləcək.
Qeyd edək ki, eyni saatda Boluda meydanda da etiraz aksiyası keçiriləcək.
Xatırladaq ki, martın 19-da İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə aparılan əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu saxlanılıb. Bunun ardınca İstanbul, Ankara, İzmir və digər şəhərlərdə etiraz aksiyası keçirilib.