Etiraz aksiyaları Parisə bu qədər ziyan vurub – Məbləğ

Etiraz aksiyaları Parisə bu qədər ziyan vurub - Məbləğ

Fransada qalmaqallı pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyaları zamanı Paris şəhərinə dəyən ziyanın məbləği açıqlanıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Parisin vitse-meri Emmanuel Qreqoir məlumat yayıb.

O bildirib ki, pensiya islahatına qarşı etirazlar nəticəsində “şəhər infrastrukturuna dəymiş ziyan” 1,6 milyon avro qiymətləndirilir.

Şəhər rəsmiləri etirazlardan sonra küçələrin təmizlənməsinə 536 min avro xərcləyib. Daha 106 min avro isə şlaqbaumların, avtobus dayanacaqlarının və bank pəncərələrinin təmirinə ayrılıb. Şəhər büdcəsinə ən çox baha başa gələn reklam lövhələrinin və mətbu köşklərin təmiri olub.

Qeyd edək ki, aksiyalarda milyonlarla insan iştirak edib.