Etibar Məmmədovdan oğlu barədə xəbərə REAKSİYA

Sosial şəbəkədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədovun oğlu Orxan Məmmədovun SOCAR Türkiyə şirkətində işə düzəlməsi barədə məlumatlar yayılıb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, partiya lideri sayta açıqlamasında sözügedən məlumatın həqiqətə uyğun olmadığını bildirib.

“Orxanla bağlı deyilənlər həqiqəti əks etdirmir. O, SOCAR Türkiyə-də işləmir”, – E.Məmmədov deyib.

Qeyd edək ki, Etibar Məmmədovun 2 oğlu, 1 qızı var. Onun böyük oğlu Orxan Məmmədovun uzun müddətdir biznes sahəsində fəaliyyət göstərdiyi bildirilir. Kiçik oğlu Ayxan Məmmədov isə AMİP Gənclər Təşkilatının sədridir.