Estoniya rusiyalı nazirə qarşı sanksiyalar tətbiq edib

Estoniya rusiyalı nazirə qarşı sanksiyalar tətbiq edib

Estoniya Rusiyanın idman nazirinə qarşı sanksiya tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Estoniya XİN rəhbəri Marqus Tsaxkna məlumat yayıb.

Sanksiya altına idman naziri və Olimpiya Komitəsinin rəhbəri olan Mixail Deqtyarovla birgə iş adamı Vyaçeslav Kantor və Alişer Usmanovun (iş adamı) bacısı Gülbahar Usmanova da düşüb.

“Mən qərara gəldim ki, Macarıstana görə Avropa İttifaqının sanksiyalar siyahısından çıxarılan Kantor, Deqtyarov və İsmayılovaya qarşı maliyyə sanksiyaları tətbiq edim”, – o bildirib.

Aysel Əliyeva
Globalinfo.az