Estoniya prezidenti Avstraliya səfərini təxirə saldı – Səbəb

Estoniya prezidenti Alar Karis Avstraliyaya planlaşdırılan rəsmi səfərini təxirə salıb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə ERR informasiya agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, buna səbəb səfər üçün lazımi miqdarda vəsaitin olmamasıdır.

Qeyd edilir ki, prezidentin ofisi səfər üçün Estoniya Nazirlər Kabinetinin ehtiyatından pul ayrılmasını xahiş edib. Hökumət xahişi yerinə yetirməkdən imtina edib və bunun lazımsız xərc olduğunu bildirib.