Azərbaycan Ordusu hücuma keçsə… – Köçəryan

“Son zamanlar Azərbaycanla şərti sərhəddən gələn atışma xəbərlərinin aprelin 5-də Brüsseldə keçirilən görüşlə heç bir əlaqəsi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan deyib.

O, sərhəddə mümkün eskalasiyanın baş verməsi ilə bağlı iddialara cavab verib:

“Hazırda atışmalar nizamsız və məqsədsizdir. Belə qarşıdurmalar çox olub. Brüssel görüşü ilə əlaqəsinin olduğunu düşünmürəm. Hesab edirəm ki, hər hansı eskalasiya riski yoxdur. Elə bir təhlükə olarsa, biz tam müdafiəyə keçəcəyik. Azərbaycan tərəfinin bəzi addımlarının sülh prosesinə mane olduğunu deyirik. Lakin nəzərə alaq ki, Ermənistan daxilində də bu prosesə maneələr yaradılır”.

Ayşən Mustafa
Globalinfo.az