Əsir mübadiləsinin üçüncü mərhələsi ilə bağlı Zelenskidən açıqlama

800 0 1748111787 2712

25 may bazar günü Ukrayna ilə Rusiya arasında “1000-ə 1000” formatında hərbi əsirlərin mübadiləsinin üçüncü mərhələsi baş tutacaq. 

Globalinfo.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə axşam videomüraciətində deyib.

“Mübadilənin üçüncü mərhələsi mayın 25-də baş tutacaq və bu mərhələ çərçivəsində min nəfərimiz azad edilməlidir. Lakin vəzifə hazırda Rusiyada saxlanılan hər kəsi tamamilə azad etməkdir”, – Zelenski qeyd edib.

Ukrayna lideri dünyada ölkəsinə kömək edən hər kəsə də təşəkkür edib.

Prezidentin sözlərinə görə, mübadilə aparılan iki gün ərzində ümumilikdə 697 ukraynalı azad edilib:

“Onların əksəriyyəti Ukrayna Silahlı Qüvvələrinin hərbçiləridir. Həmçinin Milli Qvardiya, Dövlət Sərhəd Xidmətinin hərbçiləri də var. Bu şəxslərin 273-ü, çox hissəsi 2022-ci ildə Donetsk, həmçinin Xerson, Zaporojye, Xarkov, Luqansk vilayəti ərazisində əsir götürülüblər.