Bu gün xidmətdə olarkən ildırım vurması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.
Globalinfo.az bildirir ki, bu barədə Unikal-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
Qeyd edək ki, bədbəxt hadisə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verib.
***09:25
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır: “Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!”
X X X
Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb.
Globalinfo.az bildirir ki, yaxınlarının Lent.az-a verdiyi məlumata görə, hadisə Daşkəsəndə qeydə alınıb.
20 yaşlı hərbi qulluqçu Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.
Allah rəhmət eləsin!














