Əsgəranın sabiq “meri” həbs olundu

Azərbaycanın Əsgəran rayonun sabiq “meri” olmuş Hayk Şamiryan Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Şamiryanın vəkili Ruben Melikyan sosial şəbəkə hesabında məlumat paylaşıb.

Polis Hayk Şamiryanın mənzilində axtarış apardıqdan sonra onu saxlayıb. Cinayət işinin konkret nə ilə bağlı olduğu açıqlanmır.

Vəkil Melikyan bəzi maliyyə məsələlərindən dolayı sabiq “merin” saxlanıldığını açıqlayıb.

Şamiryanın erməni keşiş, etirazçıların lideri Baqrat Qalstanyanla görüşdüyünə dair məlumatlar yayılıb. Lakin İstintaq Komitəsi hələlik bu  məlumatı şərh etməyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az