Əsədin yaxın qohumu həbs olundu

Əsədin yaxın qohumu həbs olundu

Suriyanın sabiq prezidenti Bəşər Əsədin dayısı oğlu həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb.

Məlumata görə, Atef Nəcib Latakiyada saxlanılıb.

O, Suriya xalqına qarşı bir sıra cinayətlərdə ittiham olunur.

Xatırladaq ki, Atef Nəcib Bəşəs Əsədin prezidentliyi dövründə müxtəlif vəzifələrdə çalışıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az