Əsəd Rusiyada necə qorunur? – Narışkindən qəribə cavab

Əsəd Rusiyada necə qorunur? - Narışkindən qəribə cavab

“Rusiyanın Xarici Kəşfiyyat Xidməti və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə Suriyadakı vəziyyətlə bağlı əlaqə saxlamayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Narışkin Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Rusiyada etibarlı şəkildə müdafiə olunub-olunmadığı haqda sualı belə cavablandırıb: “Bu sual mənim üçün deyil. Mən bunu bilmirəm.”

Müşviq Tofiqoğlu
Globalinfo.az