
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin atasının məzarı naməlum şəxslər tərəfindən qazılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediasında məlumat yayılıb.
Bununla bağlı kadrlar sosial mediada paylaşılıb. Bildirilib ki, Hafiz Əsədin Əl-Laziqiyyə vilayətinin Qardaha şəhərində yerləşən məzarından sümük qalıqları çıxarılıb.
Əsədin atasının cənazəsinin hara aparıldığı və ona nə edildiyi hələlik məlum deyil.
Hadisə Əsəd ailəsinin qisas aktlarına məruz qaldığı bir vaxtda baş verib.
Xatırladaq ki, Hafiz Əsəd 1971-2000-ci illərdə Suriyanın prezidenti olub.
مجهولون ينبشون قبر #حافظ_الأسد في #القرداحة#سوريا #القرداحة pic.twitter.com/oszIe3Y3M0
— Yousef Tawarh (@TawarhYous61784) April 28, 2025
Günay Rəsulqızı
Globalinfo.az