Suriyanın keçmiş prezidenti Bəşər Əsəd qaçmazdan əvvəl məxfi sənədləri ölkədən çıxarıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Əsədin rəsmən devrilməsindən təxminən 48 saat öncə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 4 uçuş təşkil edilib:
“Bu, onun şəxsi təyyarəsi vasitəsilə həyata keçirilib. Uçuşlar zamanı qiymətli əşyalar da ölkədən çıxarılıb. Təyyarədə ən azı 500 min dollar nağd pul olan işarəsiz qara çantalar olub”.
Əliyar Xəlil
Globalinfo.az














