Qətər əmiri Bəşər Əsədin devrilməsindən sonra Dəməşqə səfər edən ilk xarici dövlət başçısı olub.
Globalinfo.az xəbər verir ki, “Reuters” məlumat yayıb.
Əmir Şeyx Təmim bin Həməd Əl-Taninin Suriyanın paytaxtına səfəri faktiki lider Əhməd əl-Şaraanın keçid dövrü üçün prezident elan edilməsindən bir gün sonra baş tutub.
Xatırladaq ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd dekabrın 8-də silahlıların paytaxta daxil olması və prezident sarayını ələ keçirməsindən sonra istefa verərək ölkəni tərk edib.
Əliyar Xəlil














