Əsabəli Mustafayev süni nəfəs aparatına qoşuldu

Əsabəli Mustafayev süni nəfəs aparatına qoşuldu

Vəkil Əsabəli Mustafayevin səhhəti pisləşib. 

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, vəkil Sumqayıtda 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Əsabəli Mustafayevin ailəsindən bildirilib ki, vəkil süni nəfəs aparatına qoşulub:

“Hələlik gözləyirik, həkimin sözlərinə görə az da olsa, irəlləyiş var. Bir müddət bundan öncə infarkt keçirmişdi. Ondan sonra ciyərinə su yığılıb, beyninə okisgen çatmır. Qan dövranı zəifləyib”.