Ernesto Pelleqrini vəfat etdi

Ernesto Pelleqrini vəfat etdi

İtaliyanın “İnter” klubunun sabiq prezidenti Ernesto Pelleqrini vəfat edib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, 84 yaşlı funksioner komandasının UEFA Çempionlar Liqasının finalı oyunu günü dünyasını dəyişib.

Pelleqrini 1984-1995-ci illərdə “İnter”in sahibi olub. Onun rəhbərliyi altında “neradzurri” İtaliya çempionatı (1989), İtaliya Superkuboku (1989) və iki dəfə UEFA Kubokunu (1991, 1994) qazanıb.

O, 1995-ci ilin fevralında klubdakı paylarını Massimo Morattiyə satıb.

“İnter” 2020-ci ildə Ernesto Pelleqrinini klubun Şöhrət Zalına daxil edib.

Qeyd edək ki, “İnter” bu gün Çempionlar Liqasının finalında PSJ ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.