
“Azərbaycan Ermənistan sərhədinə qədər dəmiryol tikintisini yekunlaşdırmaq üzrədir. Ermənistan isə ərazisindəki 44 kilometrlik məsafədə heç bir iş görməyib. Söz, vəd verilir, real irəliləyiş isə nəzərə çarpmır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlu
Politoloq bildirib ki, yaxın günlərdə hər hansı sənəd imzalansa belə, bu, dəhlizin qısa müddətdə açılacağı anlamına gəlmir. Digər tərəfdən İrəvan dəmir yolunun bərpası üçün öz maliyyəsini xərcləməyəcək, borc istəyəcək. Bu da vaxt itkisinə səbəb olacaq”.
Qeyd edək ki, Paşinyan Mişustinlə görüşdə nəqliyyat kommunikasiyalarının açılması üzrə işçi qrupun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alındığını və bundan çox məmnun olduğunu, Ermənistan hökumətinin son iki il ərzində işləyib hazırladığı “kompromislərdən ibarət” təkliflərinin qəbul olunacağına ümid etdiyini bildirib.














