Ermənistanın müharibə cinayətinin şok etirafı: “İsgəndər” və “Toçka”…

Ermənistanın müharibə cinayətinin şok etirafı: “İsgəndər” və “Toçka”...

“İsgəndər” və “Toçka” tipli silahlardan müharibə zamanı bacardığımız qədər çox istifadə etmişik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibəni araşdıran komissiya qarşısındakı çıxışı zamanı deyib.

“Toçka-U” və “İsgəndər” ballistik raketləri, həmçinin pilotsuz uçuş aparatı və başqa bu tip silahlardan imkan düşdükcə, coğrafiya fərq etmədən istifadə edirdik. Üçtərəfli bəyanat kifayət deyil, əgər sülhməramlılar gəlməsəydi müharibə dayanmayacaqdı, bölgədə bizə hücumlar davam edəcəkdi” – deyə, Tonoyan bildirib.

Qeyd edək ki, sözügedən ballistik raketlər kasetli bombalar ata biləcəyi üçün müharibədə istifadəsi leqal sayılmır. İrəvan hakimiyyəti dəfələrlə onlardan istifadə edildiyini təkzib etsə də, Tonoyanın etirafı bu məsələni bir daha təsdiqləyir.

Ayşən Mustafa
Globalinfo.az