Erməni ordusu haqda sirlər açıldı – Jurnalistlər zaldan çıxdı, deputatlar isə…

Ermənistanın müdafiə naziri Suren Papikyanın iştirakı ilə parlamentin Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsində iclas keçirilib. 

Globalinfo.az xəbər verir ki, nazir iclasın açılış nitqində 2023-cü ilin Ermənistan Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələri üçün çətin keçdiyini deyib.

“Ötən il qoşunlar döyüş hazırlığı səviyyəsində olub. Əsasən may və sentyabr aylarında təhlükəsizlik vəziyyətinin gərginləşməsi ilə əlaqədar Ermənistan silahlı qüvvələri demək olar ki, tükənib. Silahlı Qüvvələrin potensialının bərpası, yenidən qurulması və inkişafı istiqamətində işlər görülüb”, – nazir bildirib.

S.Papikyan daha sonra iclasın gedişatında müzakirə edilməsi üçün Madafiə Nazirliyinin məxfi sənədlərinin gətirildiyini, dövlət üçün xüsusi əhəmiyyət kəsb edən məlumatlar olduğu üçün mətbuatda yayımlanmamalı olduğunu deyib. O, jurnalistlərdən iclas zalını tərk etmələrini xahiş edib, toplantının mətbuata qapalı keçəcəyini bildirib.

Həmçinin zalda olan deputatların telefonları yığılıb.

Ayşən Mustafa
Globalinfo.az