Ermənistandan Kamil Zeynallı haqda daha bir açıqlama

“Azərbaycan və Ermənistan baş nazir müavinlərinin növbəti görüşünün vaxtı hələlik müəyyən edilməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

O, jurnalistlərə açıqlamasında delimitasiya prosesinin mürəkkəb olduğunu bildirib:

“Biz topoqrafik xəritələri müzakirə etməliyik. Delimitasiya prosesi təkcə xəritələrlə işləmək deyil, ilk növbədə hüquqi baza və dəstəyin müəyyənləşdirilməsidir. Sadəcə onun əsasında başqa xəritə tərtib edilə bilər. Hüquqi əsasda qeydə alınmış yüksək səviyyəli razılaşmalar var, xüsusən Praqa və Soçidə Alma-ata bəyannaməsinə açıq-aşkar istinad edilir”.

M.Qriqoryan Rusiyada həbs edilən azərbaycanlı idmançı Kamil Zeynallının azadlığa buraxılmasına da münasibət bildirib:

“Əminəm ki, Ermənistan bu məsələ ilə bağlı lazımi tədbirləri görəcək. Mövzu barədə ətraflı məlumat vermək istəmirəm. Rəsmi açıqlama verildikdə daha dəqiq danışarıq”.

Ayşən Mustafa
Globalinfo.az