Keçmiş erməni nazir 29 “hərbçi”ni belə mükafatlandırıb

Keçmiş erməni nazir 29 "hərbçi"ni belə mükafatlandırıb

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyanın beynəlxalq axtarışa verilməsi üçün proses başladılıb. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı Ermənistan prokurorluğu məlumat yayıb.

Sərkisyan 2016-2018-ci illərdə Ermənistan ordusunda hərbi qulluqçu kimi qeydiyyatda olmayan, uçota alınmayan, sonradan siyahıya əlavə edilən 29 nəfərə qeyri-qanuni şəkildə mənzillərin verilməsində günahlandırılır.

Məsələ ilə bağlı keçmiş nazirə qarşı ittiham irəli sürülüb, başladılmış cinayət işi üzrə təqib dayandırılıb və Sərkisyan beynəlxalq səviyyədə axtarışa verilib.

Ayşən Mustafa
Globalinfo.az