Ermənistan səfiri İsrail XİN-ə çağırıldı – “Sərt töhmət veriləcək”

Ermənistanın İsraildəki səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail XİN-nin mətbuat xidməti məlumat yayıb.

Səfirin XİN-ə çağırılmasına səbəbin Ermənistanın Xarici İşlər Nazirliyinin Fələstin dövlətini tanıması ilə açıqlaması olduğu bildirilir.

Səfirə buna İrəvanın bu addımına görə sərt töhmət veriləcəyi qeyd olunur.

Qeydb edək ki, bundan öncə Slovaniya, İrlandiya, İspaniya və Norveç Fələstin dövlətini tanıdıqlarını elan ediblər.

Zaira Akifqızı
Globalinfo.az