14:26
“Ermənistanın 3-cü ordu korpusu ləğv edilməyib, hələ də mövcudur, lakin Tavuşda – Azərbaycanla sərhəddə hazırda sərhəd qoşunları xidmət edir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan deyib.
O, Milli Assambleyada jurnalistlərlə söhbətində 3-cü ordu korpusunun Tavuşu tərk etməsi ilə bağlı sualı cavablandırıb.
Safura Bənnayeva
Globalinfo.az
