Ermənistan orada bayraq qaldırdı – Hərbi ekspertdən xəbərdarlıq

Ermənistan orada bayraq qaldırdı - Hərbi ekspertdən xəbərdarlıq

Ermənistanın Azərbaycanla sərhəddə üzərində səlibçi xaçı əks olunmuş bayraq qaldırması birmənalı qarşılanmayıb.

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Ermənistanın səlib (xaçlı) yürüşlərinin rəmzi olan elementi öz bayrağına əlavə edərək Azərbaycanla sərhəddə qaldırması İrəvanın təxribata hazırlaşdığını və qələbəmizi qəbul etmədiyini göstərir.

Ə.Verdiyev Ermənistanın daha öncə də belə bir addım atdığını qeyd edib:

“Bununla Ermənistan Azərbaycana qarşı səlib yürüşünə hazırlaşdığını nümayiş etdirir. İrəvan əvvəllər də Azərbaycana qarşı bənzər fəaliyyətlərə yol verib. Bunların da acı nəticəsi hamımıza yaxşı məlumdur”.

Ermənistan orada bayraq qaldırdı - Hərbi ekspertdən xəbərdarlıq

Ədalət Verdiyev

Ekspert deyib ki, böyük ehtimalla Ermənistan bu addımı ilə bizə qarşı növbəti və daha genişmiqyaslı təxribatlara hazırlaşdığını nümayiş etdirir:

“Bununla həmçinin göstərmək istəyir ki, ehtimal müharibədə xristian təəssübkeşliyi olacaq. Lakin Azərbaycan Ordusu tarixi torpaqlarımızda bizə qarşı səlib yürüşləri təşkil etməyə çalışan Ermənistanın cavabını mütləq verəcək”.

Zaira Akifqızı
Globalinfo.az